Modern.az

Cəlilabadda boğulan uşağın kimliyi bilindi - Yenilənib

Cəlilabadda boğulan uşağın kimliyi bilindi - Yenilənib

Aktual

9 May 2017, 23:15

Cəlilabad rayonunda suda boğulan 9 yaşlı uşağın kimliyi məlum olub.  Modern.az “Report”a istinadən  xəbər verir ki, çayda boğulan uşaq Cəlilabad şəhər Mikayıl Müşfiq küçəsində yaşayan Hacı İbadət oğlu Həsənlidir.

Qeyd edək ki, hadisə rayon ərazisindən keçən Mişarçayda qeydə alınıb.  H.Həsənlinin cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

22:05

 

Cəlilabad rayonunda suda boğulma hadisəsi baş verib. Modern.az xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan təxminən 10-11 yaşlı yeniyetmə rayon ərazisindən keçən Mişarçayda boğulub.

Onun cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı