Modern.az

Deputatların bazar günü:  “İnformasiya almağın günü olmur”

Deputatların bazar günü:  “İnformasiya almağın günü olmur”

Актуально

4 Mart 2018, 15:54

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən  insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.


 Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?


 Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.


121 saylı Laçın seçki dairəsindən seçilən deputat Mahir Abbaszadə bazar günlərinin istirahət günü olduğunu xüsusi qeyd edib.


“Bəzi insanlar bazar günlərində yaxşı istirahət etmədiyini deyir. Halbuki, bazar günləri işdən kənar bir həyatımız olur. Əsasən ailəyə, uşaqlara vaxt ayırırıq. Onların qayğıları, istəkləri ilə maraqlanırıq. Deyə bilərəm ki, bazar günləri yaxşı dincəlməyə çalışıram. Çünki bazar günləri rəsmi dövlət orqanları işləmir. Hətta, problem olan insanlar belə həftə arası müraciət etməyə çalışır. Hər kəs bazar günlərinin istirahət günü olduğunu bilir”.

 

22 saylı Nəsimi ikinci seçki dairəsindən seçilən deputat Asim Mollazadə bazar günlərinin xüsusi özəlliyinin olmadığını düşünür.


“Bazar günləri digər günlərdən biridir. Əsasən ailəyə daha çox vaxt ayırıram. Vaxt tapanda mütaliə də edirəm. Amma yerli və xarici mətbuatı mütləq izləyirəm. Çünki informasiya almağın günü olmur. İdmanla məşğul olmuram. Həm mənim üçün bazar günləri xüsusi işlər olmur. Sadəcə, dostlarla görüşmək olur”

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı