Hindistanın şimalında Uttar-Pradeş ştatında ikimərtəbəli binada partlayış baş verib.
Modern.az-ın məlumatına görə, qəza qaz balonunun partlaması nəticəsində baş verib. Polis hadisə nəticəsində azı 4 nəfərin öldüyünü, daha 12 nəfərin yaralandığını bildirib.
Partlayış baş vermiş ikimərtəbəli binanın isə tamamilə dağıldığı bildirilir.