Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qayınanasını bıçaqlaması barədə məlumat yayıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.