Modern.az

Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək  

Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək   

Актуально

5 Fevral 2019, 10:53

Bərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.

Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasındadır: "Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib".

V.Qarayev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: "Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır".

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı