Modern.az

Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsinin qəbri ziyarət olundu

Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsinin qəbri ziyarət olundu

Aktual

8 Mart 2019, 20:16

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə Füzuli rayonunda 2 yaşlı Zəhra və onun nənəsi Sahibə Allahverdiyevanın məzarı ziyarət edilib.

Modern.az “Report”a istinadən xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edib.

 

Birliyin nümayəndələri Zəhranın ailəsinə baş çəkərək, onun anasına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı