Modern.az

Tonoyanın son hərəkəti Vyana görüşünün nəticəsinə uyğun gəlmir Rəsmi BAKI  

Tonoyanın son hərəkəti Vyana görüşünün nəticəsinə uyğun gəlmir  - Rəsmi BAKI  

Aktual

2 Aprel 2019, 17:14

“Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir”.


Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin şərhində belə deyilir.


“Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı