Modern.az

“Şeffild Yunayted” 12 il sonra qayıtdı

“Şeffild Yunayted” 12 il sonra qayıtdı

Current

29 Aprel 2019, 16:31

2019-20 mövsümündə İngiltərə Premyer Liqaya yüksələn ikinci klub məlum olub.

Çempionşipin 45-ci turunda “İpsviç”i 2:0 hesabı ilə məğlub edən “Şeffild Yunayted” Premyer Liqaya vəsiqə qazanıb. 

Modern.az xəbər verir ki, 88 xalla ikinci pillədə qərarlaşan “qırmızı ağlar” sona bir tur qalmış Premyer Liqada iştirak hüququnu təmin edib.

“Şeffild Yunayted” sonuncu dəfə 2006-07 mövsümündə Premyer Liqada iştirak edib.

Nəzərinizə çatdıraq ki, bundan əvvəl “Norviç" də gələn mövsüm üçün Premyer Liqaya vəsiqə qazanmışdı.


Novruz NOVRUZLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı