Modern.az

Deputat Çingiz Qənizadə problemləri dinlədi

Deputat Çingiz Qənizadə problemləri dinlədi

Актуально

6 May 2019, 14:09

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan,  Beyləqanın ən böyük kəndlərindən biri Dünyamalılar kəndində seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat Dünyamalılar kəndində seçicilərlə görüşdən öncə, rəhmətə getmiş və uzun illər Dünyamalılar kənd bələdiyyəsinin sədri işləmiş Sahib Cəfərovun  ailəsini ziyarət edib. Çingiz Qənizadə Sahib Cəfərovun ailəsinə başsağlığı verdikdən sonra Dünyamalılar kəndində görüş üçün toplaşmış seçiciləri ilə bir araya gəlib.

 

Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi  problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı