Modern.az

Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü

Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü

Aktual

26 İyun 2019, 09:05

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı