Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Cənubi Koreyanın Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-dən 28-dək Seulda səfərdə olub.
Modern.az xəbər verir ki, Əhliman Əmiraslanov səfər zamanı bir sıra görüşlər keçirmiş, Milli Assambleyanın Səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edib. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayıblar.