Modern.az

Bakıda taksi sürücüsünü soyan quldurlar tutuldu

Bakıda taksi sürücüsünü soyan quldurlar tutuldu

Aktual

28 Avqust 2019, 11:38

Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.


DİN Mətbuat Xidmətinən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.


Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

         
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı