Modern.az

Bakının 4 qəsəbəsində qaz olmayacaq  

Bakının 4 qəsəbəsində qaz olmayacaq  

Aktual

5 Sentyabr 2019, 09:47

Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

 

Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı