Modern.az

Peşə məktəblərinə sənəd qəbulunun II mərhələsinin nəticələri AÇIQLANIB

Peşə məktəblərinə sənəd qəbulunun II mərhələsinin nəticələri AÇIQLANIB

Aktual

6 Sentyabr 2019, 13:30

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

 

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı