Modern.az

Mobil proqram əlavəsi saxta əsginasları aşkar edəcək

Mobil proqram əlavəsi saxta əsginasları aşkar edəcək

مورد توجه

16 Dekabr 2019, 23:26

Macarıstan Mərkəzi Bankı xüsusi pulsuz mobil proqram əlavəsi buraxıb. Bu mobil proqram əlavəsinin köməyi ilə istənilən smartfon istifadəçisi əsginasların saxta olub-olmadığını müəyyən edə biləcək.

Modern.az  xəbər verir ki,  bu yeniliklə bağlı Macarıstan Mərkəzi Bankının departament rəhbəri açıqlama verib.


Onun sözlərinə görə, hazırda Macarıstanda 500 milyona yaxın əsginas dövriyyədədir. Onlardan təqribən 1000 əsginas saxtadır.

Yaxın vaxtlarda ölkədə saxta pulla hesablaşma aparmış şəxslər saxlanmışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı