Modern.az

Səfər Mehdiyev gömrükdəki islahatlardan DANIŞDI

Səfər Mehdiyev gömrükdəki islahatlardan DANIŞDI

Aktual

20 Dekabr 2019, 11:34

“Bu gün Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələrin içərisində xarici ticarət iştirakçıları üçün əlverişli şərait yaradılması mühüm yer tutur”.



Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edərkən bildirib.



S.Mehdiyev qeyd edib ki, son iki ildə şəffaflığın təmin olunması, idarəçiliyin çevikləşdirilməsi, elektron xidmətlərin sayının artırılması mühüm rol oynayır:



"Hazırda xarici ticarət iştirakçılarına göstərilən elektron xidmətlərin sayı 15-i keçib. Qaçaq yollarla gətirilən malların qarşısı alınıb, 500 milyon dollar həcmində qaçaqmal aşkar edilərək götürülüb. Bunun əsas hissəsini natkotik vasitələr təşkil edib.



"Yaşıl dəhliz"in tətbiqilə bağlı həyata keçirilən proqramlar 8 milyard dolları əhatə edir".



Sədrin sözlərinə görə, həyata keçirilən islahatlarda dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir.



“Dövlət qurumlarının birgə fəaliyyəti islahatlar paketinin həyata keçirilməsində, korrupsiya, rüşvətin qarşısının alınmasında, şəffaflığın təmin edilməsində Dövlət Gömrük Komitəsinin yanında oldular. Nəticədə dövlət büdcəsinə daxilolmalar son 2 ildə 2 milyarda yaxın artdı".



S.Mehdiyev deyib ki, Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirmək üçün islahatları sonadək aparmaqda israrlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı