Modern.az

Pekin Olimpiadasında yoluxmalar artır

Pekin Olimpiadasında yoluxmalar artır

Aktual

6 Fevral 2022, 10:21

Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb.

 

Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.

 

Qeyd edək ki, Azərbaycan milli komandası “Pekin-2022”də iki idmançı ilə təmsil olunur. Onnlar fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

 

Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı