Modern.az

Qurd xəstəliyi olan uşaqların sayı açıqlandı

Qurd xəstəliyi olan uşaqların sayı açıqlandı

Aktual

23 Fevral 2022, 15:15

“Azərbaycanda uşaqlar arasında ən çox quyruq növ kimi adlandırılan enterobioz qurd növünə rast gəlinir. Askarid qurdları isə ikinci sırada gəlir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov açıqlayıb.

 

Həkimin sözlərinə görə, qurdların aşkarlanması üçün nəcis analizi olduqca vacibdir: 

 

"Burada laborator müyainələr də çox önəmlidir".

 

E.Rəhimov əlavə edib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar:

 

“Ötən ilin rəqəmlərinə gəlincə, 434 minə yaxın uşağın analizi aparılıb, onlardan 32 911 uşaqda qurd invaziyası aşkar edilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı