Modern.az

İdmançımız erməniyə qalib gələrək kəmər qazandı

İdmançımız erməniyə qalib gələrək kəmər qazandı

Актуально

13 Mart 2022, 13:04

Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

 

Azərbaycan Kikboksinq Federasiyasından Modern.az-a verilən məlumata görə, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.

 

Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.

 

Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı