Modern.az

Emin Milli təcridxanadan mesaj yazdı: "Ölməyə də hazıram..."

Emin Milli təcridxanadan mesaj yazdı: "Ölməyə də hazıram..."

Актуально

28 Yanvar 2013, 17:36

Bakıda keçirilən son aksiyada tutularaq 15 sutka həbs cəzası alan gənc bloqer Emin Milli Binəqədi təcridxanasından mesaj göndərib. Modern.az-ın məlumatına görə, təcridxanada facebook vasitəsi ilə Azərbaycan xalqına çağırış edən E.Milli insanların haqqı uğrunda ölməyə hazır olduğunu bildirib.

“Polis bölməsində etirazımın səbəbini yazılı şəkildə izah etdim: Mən bu ölkənin Konstitusiya və qanunlarla idarə edilməsini istəyirəm. İnsanlar feodallar tərəfindən idarə olunmaq istəmir. Mən insanların bu haqqına inanıram və bu haqq uğrunda bir daha həbs olunmağa da, ölməyə də hazıram. Yaşasın Azərbaycan!”,-deyə bloqer yazıb.

 

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı