Modern.az

Türkiyədəki partlayışda 8 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyədəki partlayışda 8 nəfər ölüb, 13 nəfər yaralanıb

Aktual

30 Yanvar 2013, 17:40

Türkiyənin Qaziantep bölgəsində bir fabrikdə partlayış olub. Modern.az–ın türk mətbuatına istinadən verdiyi məlumata görə, hadisədə 8 nəfər ölüb, 13 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Partlayışın səbəbi bilinməsə də,  qaz sızması ehtimal edilir. Partlayış dalğası o qədər güclü olub ki, obyektin yan divarı və tavanı uçub, uçqun atında qalanların olduğu bildirilir. Hadisə yerinə yönləndirilən Təcili Tibbi Yardım briqadası ilkin tibbi yardımdan sonra yaralıları xəstəxanalara yerləşdirib.
Hazırda hadisə yerində ekspertiza işləri gedir, hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı