Modern.az

Əflatun Amaşov: “Aksiyaya qoşulan jurnalist məzəmmət olunmalıdır”

Əflatun Amaşov: “Aksiyaya qoşulan jurnalist məzəmmət olunmalıdır”

Aktual

31 Yanvar 2013, 13:13

“Əgər jurnalist aksiya zamanı öz peşəsini kənara qoyub başqa fəaliyyət göstərirsə, biz onu məzəmmət etməliyik”. Modern.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın hesabat iclasında deyib. Onun sözlərinə görə, jurnalistlə polis aksiyalar zamanı bir-birinə mane olmamalıdır. “Jurnalist aksiya zamanı öz peşəsini kənara qoyub başqa fəaliyyət göstərirsə, biz onu məzəmmət etməliyik. Ona ictimai qınaq lazımdır”.

Jurnalistlərin döyülməsi məsələsinə toxunan Əflatun Amaşov bildirib ki, əvvəllər aksiyalarda jurnalistləri döyürdülər, xəsarət alanlar olurdu. “Amma indi bu məsələlər öz həlini tapıb. Biz həmçinin çalışacağıq ki, jurnalist hadisə yerində informasiya ala bilsin”.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı