Modern.az

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Aktual

10 May 2022, 08:14

Yaponiya sanksiyaların tətbiq olunduğu Rusiya şirkətləri və şəxslərin geniş siyahısını yayıb.

 

Modern.az məlumatına görə, sanksiya siyahısına 70 şirkət və 130 rusiyalı siyasətçi, o cümlədən Rusiyanın Baş naziri Mixail Mişustin, habelə sahibkarlar və onların ailə üzvləri daxildir.

 

Məlumata əsasən, sanksiyalar hərbi istehsalla əlaqəli olduğu bildirilən Rusiya şirkətlərinə qarşı tətbiq olunub. Xüsusilə, ixrac məhdudiyyətləri “Almaz-Atey”, “Taktiki raket silahları”, “VNİİ Etalon”, “İnformasiya telekommunikasiya texnologiyaları” şirkətlərinə şamil olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı