Modern.az

Türkmənistan prezidenti Sərkisyanı və erməniləri dost adlandırdı

Türkmənistan prezidenti Sərkisyanı və erməniləri dost adlandırdı

مورد توجه

25 Fevral 2013, 10:17

Serj Sərkisyanın yenidən Ermənistan prezident seçilməsi münasibətilə ona gələn təbrik məktubların ardı-arası kəsilmir. Modern.az erməni mətbuatına istinadən bildirir ki, İtaliya prezidenti Giorgio Napolitano, Avstriya prezidenti Haynts Fişer də Sərkisyanı təbrik edib.

Təbrik mesajı çatdıranlar arasında Türkmənistan prezidenti  Qurbanqulu Berdımuhəmmədov da var. O öz təbrikində erməni xalqını dost adlandırmaqdan belə, çəkinməyib.

“Bu gözəl fürsətdən istifadə edərək, sizə möhkəm cansağlığı, habelə şəxsi xoşbəxtlik, dost erməni xalqının tərəqqisi və rifahı naminə yüksək dövlət vəzifəsində uğurlar arzulayıram”-deyə türkmən lider bildirib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı