Modern.az

“Bakı tamamilə haqlıdır” - Fransalı deputatdan Paris merinə ETİRAZ

“Bakı tamamilə haqlıdır” - Fransalı deputatdan Paris merinə ETİRAZ

Актуально

31 May 2022, 11:25

Mayın 27-də Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan ilə Paris şəhərinin meri Ann İdalqon arasında Gorus bölgəsində görüş olub. Paris merinin qanunsuz hərəkəti ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya öz etirazını bildirib.

 

Fransanın Bakıdakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib. Nazir müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını ifadə edib.

 

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərinə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

 

Paris merinin qanunazidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.

 

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Modern.az-a açıqlamasında Paris merinin separatçılarla görüşünü pislədiyini deyib.

 

Fransız deputat bildirib ki, Azərbaycan tərəfi etirazında haqlıdır:

 

“Belə bir hərəkətə qarşı Azərbaycan tərəfinin nə edəcəyi bəllidir. Azərbaycan hakimiyyəti etiraz etməkdə haqlıdır. Fransa mətbuatında bu barədə heç nə görməmişəm. Demək olar ki, Ermənistan mətbuatının açıq təbliğatıdır. Bu isə fransız xalqını maraqlandırmır. Fransa hakimiyyətinin fikirlərinə heç bir təsiri yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı