Modern.az

Ukraynada daha bir kütləvi məzarlıq tapıldı

Ukraynada daha bir kütləvi məzarlıq tapıldı

Актуально

14 İyun 2022, 15:28

Ukraynanın Buça Rayon Prokurorluğundan verilən açıqlamada Myrotske qəsəbəsində 7 mülki vətəndaşın cansız cəsədinin tapıldığı bildirilib.

 

Modern.az xəbər verir ki, açıqlamada 7 mülki şəxsin güllələndiyi, əllərinin arxadan bağlandığı bildirilib. Ukrayna Milli Polisinin rəisi İqor Klimenko Kiyev vilayətində 1500-dən çox dinc sakinin həyatını itirdiyini və bu ölümlərin Rusiya ordusunun düşünülmüş qərarı ilə baş verdiyini bildirib.

 

Kütləvi məzarlarla bağlı araşdırmaların ayrı-ayrılıqda aparıldığını deyən Klimenko, hazırda dəqiq rəqəm söyləməyin mümkün olmadığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı