Modern.az

Gədəbəydə yük maşını dərəyə aşdı

Gədəbəydə yük maşını dərəyə aşdı

Актуально

18 İyun 2022, 09:16

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.

 

Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı