Modern.az

Paşinyan Belarusa gedir

Paşinyan Belarusa gedir

Güncel

20 İyun 2022, 11:07

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Belarusa işgüzar səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, iyunun 20-21-də Qırğızıstanın sədrliyi ilə Minskdə Avrasiya Hökumətlərarası Şurasının üzbəüz formatda iclası keçiriləcək. Bundan əlavə, iyunun 21-də Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının növbədənkənar iclası təşkil olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı