Modern.az

QHT Alyansı Bakıda beynəlxalq forum keçirəcək

QHT Alyansı Bakıda beynəlxalq forum keçirəcək

Aktual

7 Mart 2013, 14:47



QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikası Prezidenti yanında  Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəsdəyi Şurasının dəstəyi ilə 11  mart saat 10 : 00- da “Park İnn” Oteldə  beynəlxalq təşkilatlarla birgə forum keçirəcək. 

Alyansdan Modern.az-a bildirilib ki, forum “Beynəlxalq təşkilatlarla yerli QHT-lərin əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil olunacaq. Forumda 30- dək beynəlxalq təşkilatlar və səfirliklər, Prezident Administrastiyası,  Prezident  Yanında QHT- lərə  Dövlət Dəstəyi  Şurası, eləcə də digər dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ölkədə fəaliyyət göstərən çoxsaylı QHT rəhbərləri, media və yeni media rəhbərləri, ekspertlər və digər qonaqlar iştirak edəcək.

Forumda beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bütün QHT və media rəhbərləri  öz təklif və fikirlərini açıq şəkildə bildirəcək. Azəbaycanının ümumi problemləri ilə və eləcə də ölkədə baş verən yeniliklərlə bağlı vətəndaş cəmiyyəti üzvlərinin vahid mövqedən çıxış etməsi üçün ümumi fikirə gəlinəcək.

Forumun sonunda bəyannamə qəbul olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı