Modern.az

Parlament iki deputatı vəzifədən kənarlaşdırdı

Parlament iki deputatı vəzifədən kənarlaşdırdı

Актуально

1 İyul 2022, 13:22

Müxalifətdən olan deputatlar İşxan Saqatelyan və Vahe Akopyan müvafiq olaraq Ermənistan parlamentinin vitse-spikeri və iqtisadi məsələlər komissiyasının rəhbəri vəzifələrindən kənarlaşdırılıblar.
 

Modern.az xəbər verir ki, bu haqda Ermənistan parlamentinin bu gün keçirlən növbədənkənar iclasında qərar qəbul edilib.

Hesablama Komissiyasının sədri Narek Babayan bildirib ki, hər iki deputatın vəzifədən azad edilməsinə 66 deputat səs verib (səsvermədə yalnız bu prosesin təşəbbüskarı olan hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri iştirak ediblər).
 

İqtidaryönlü fraksiya müxalifətin hər iki nümayəndəsinin düzgün işləmədiyini bildirib.
 

Parlament Aparatının məlumatına görə, Saqatelyan bu il keçirilən 342 səsvermədən 198-də iştirak etməyib, Akopyan isə 194 dəfə səs verməyib, parlamentin 20 iclasını, komissiyasının isə 27 iclasından 11-ni buraxıb.


Beləliklə, İşxan Saqatelyan və Vahe Akopyan deputat mandatlarını yox, postlarını itiriblər. Bu məsələ hələ də müzakirə olunur.

 

Saqatelyan və Akopyanın yerini “Hayastan” müxalifət fraksiyasının digər nümayəndələri tuta bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı