Modern.az

Qarabağda bərpa işləri necə gedir? - Komitə sədri açıqladı

Qarabağda bərpa işləri necə gedir? - Komitə sədri açıqladı

Актуально

27 Avqust 2022, 17:39

İşğaldan azad olunan bütün ərazilərdə tikinti işləri sürətlə davam etdirilir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

 

O bildirib ki, hər bir rayonun özünəməxsus memarlıq xüsusiyyətləri var. Bərpa və yenidənqurma işləri zamanı layihələr bu xüsusiyyətlərə diqqət göstərilərək həyata keçirilir.

 

Komitə sədrinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki şəhərlərin və kəndlərin tikinti işlərində “yaşıl” və “mavi” infrastrukturların qurulması konsepsiyasından istifadə olunur. 

 

“Hazırda keçmiş məcburi köçkünlərin tamamilə nə zaman köçürüləcəyini demək çətindir. İnanırıq ki, hər ötən il biz yeni kvotanı təqdim edə biləcəyik. Bu gün görülən işlər bunu deməyimizə əsas verir”, - deyə A.Quliyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı