Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb.
Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, bununla bağlı müvafiq qurumlara müraciətlər edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped reabilitasiya mərkəzində baş verib.