Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.
Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər. Paşinyan baş verənlərə beynəlxalq ictimaiyyətin proporsional reaksiyasının vacibliyini qeyd edib.