Modern.az

Moskva, İrəvan və Bakı parlament formatında müzakirə aparsın - Ermənistandan təklif 

Moskva, İrəvan və Bakı parlament formatında müzakirə aparsın - Ermənistandan təklif 

Aktual

10 Oktyabr 2022, 16:00

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin erməni həmkarı Alen Simonyanın Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərinin müzakirəsi ideyasını dəstəkləyib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.


Görüş Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutub.


"Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib", - mesajda deyilir.


Bundan əlavə, qeyd edilir ki, Ermənistan Milli Məclisinin deputatları Duma fraksiyalarının rəhbərləri ilə görüşlər keçirəcək, onların nəticəsi parlamentlərarası əməkdaşlıq təklifləri olmalıdır.


Qeyd olunur ki, Volodin Ermənistan nümayəndə heyətinin Moskvaya səfəri zamanı gündəmi genişləndirməyi təklif edib. Milli Məclisin deputatları gələcək iş üzrə məsələləri formalaşdırmaq üçün Dövlət Dumasının bütün fraksiyalarının və müvafiq komitələrin rəhbərləri ilə görüşəcəklər. Məlumatda deyilir ki, bu görüşlər Dövlət Duması ilə Ermənistan Milli Assambleyası arasında parlamentlərarası əməkdaşlıq üçün konkret təkliflərlə nəticələnməlidir.


Volodin və Simonyan oktyabrın 11-də yenidən görüşmək barədə razılığa gəliblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı