Modern.az

Azərbaycanda qədim daş kitabə tapıldı

Azərbaycanda qədim daş kitabə tapıldı

Aktual

16 Oktyabr 2022, 10:40

Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

 

Onun sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”.

 

A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı