Modern.az

Atası tərəfindən təcavüzə məruz qalan qız özünü öldürmək istədi

Atası tərəfindən təcavüzə məruz qalan qız özünü öldürmək istədi

Aktual

19 Oktyabr 2022, 14:20

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

 

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

 

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı