Modern.az

Ermənistan istəyinə çatmadı - 13 hakimdən RƏDD CAVABI

Ermənistan istəyinə çatmadı - 13 hakimdən RƏDD CAVABI

Aktual

21 Oktyabr 2022, 11:56

“Bildiyiniz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını əsassız sayaraq rədd edib. Söhbət Ermənistanın bu ilin 12-14 sentyabrında törətdiyi hərbi təxribatı zamanı Azərbaycan ordusu tərəfindən əsir alınan və humanitar əsasda bir jest olaraq oktyabrın 4-də İrəvana təhvil verilən 17 hərbçiyə qarşı guya zoraklıq hallarının baş verməsi və Azərbaycanın bu sahədə qüvvədə olan beynəlxalq konvensiyanı pozması ilə bağlı Ermənistanın rəsmi iddiasının rədd edilməsindən gedir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

 

“Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də əsir götürülmüş ermənilərə hər hansı bir işgəncə verilmədiyini və onlarla beynəlxalq humanitar qanunların tələblərinə uyğun rəftar edildiyini təsdiq etmişdi. Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakimi Ermənistanın bu qanunsuz tələbini dəstəkləsə də, təqdirə layiq haldır ki, Məhkəmənin 13 hakimi bu tələbi rədd etdi. Hesab edirəm ki, ədaləti müdafiə edən həmin 13 hakimə hamımız təşəkkür etməliyik”, - deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı