ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvlərinin nahar yeməyində iştirak edib. Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkür edib.
O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayıb.