Modern.az

Yoluxma sayı 11-ə düşdü - ÖLƏN YOXDUR 

Yoluxma sayı 11-ə düşdü - ÖLƏN YOXDUR 

Güncel

31 Oktyabr 2022, 21:19

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada infeksiyadan ölüm faktı qeydə alınmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 258 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9944 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.

 

Son sutka ərzində 1020, hazırkı dövrədək isə 7 320 320 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı