Modern.az

1700-dən çox erməni hərbçinin meyiti təhvil verilib

1700-dən çox erməni hərbçinin meyiti təhvil verilib

Актуально

5 Noyabr 2022, 10:44

“Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

 

"Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur. 2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edilib. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”, - nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı