Modern.az

Ödəmə terminalını oğurlamağa cəhd edən şəxs TUTULDU

Ödəmə terminalını oğurlamağa cəhd edən şəxs TUTULDU

Aktual

5 Avqust 2023, 10:36

Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən xəbərə görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı