Modern.az

"Açıq mikrofon" İsmayıllının Topçu kəndində - FOTOLAR

Актуально

14 Sentyabr 2023, 15:02

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün İsmayıllı rayonunun Topçu kənd sakinləri yararlanıblar.

Modern.az xəbər verir ki, aksiyada iştirak edən vətəndaşlar qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciət ediblər. Topçu kənd sakinləri Sahil Vəliyev və Süleyman Bəşirov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş ediblər. Eynulla Qurbanovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.

 

Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan sakinlər isə suallarına cavab tapıblar. Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

 

"Açıq mikrofon" İsmayıllının Topçu kəndində - FOTOLAR

"Açıq mikrofon" İsmayıllının Topçu kəndində - FOTOLAR

"Açıq mikrofon" İsmayıllının Topçu kəndində - FOTOLAR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı