Modern.az

Ərdoğanın Naxçıvana səfər proqramı - Hərbi obyektin açılışı...

Ərdoğanın Naxçıvana səfər proqramı - Hərbi obyektin açılışı...

Aktual

24 Sentyabr 2023, 18:01

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Naxçıvana işgüzar səfərə gələcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, səfər bir gün davam edəcək.

 

Ərdoğan və İlham Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

 

Dövlət başçılarının İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı