Modern.az

Prezident Sumqayıtda açılışlar edib

Prezident Sumqayıtda açılışlar edib

Aktual

3 Oktyabr 2013, 13:58

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub. Əvvəlcə dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.
Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub.
Dövlət başçısı burada görülən işləri əks etdirən stendlərə baxıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb.
Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.
Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub.
Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izləyib və hazır məhsullara baxıb.
Sonra dövlət başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Dövlət başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib. Dövləti başçısı zavodu işə salıb, istehsal prosesini izləyib. Bununla da Prezident İlham Əliyevin Sumqayıta səfəri başa çatıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı