Modern.az

Azərbaycanda təhsil alan əcnəbilər daha çox hansı ixtisası seçir? - ACIQLAMA

Azərbaycanda təhsil alan əcnəbilər daha çox hansı ixtisası seçir? - ACIQLAMA

Aktual

8 Aprel 2014, 10:22

Dövlət proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil aldığı ölkələr Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya, Fransa, Niderland, ABŞ, İsveçrə, Avstraliya və Çindir. Bu məlumat Təhsil Nazirliyindən

Modern.az-ın sorğusuna cavab olaraq verilib. Nazirlikdən bildirilib ki, xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ikitərəfli hökumətlərarası çərçivəsində müqavilələr (dövlət xətti) əsasında həyata keçirilir.

Dövlət proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ixtisaslara tibb, iqtisadiyyat, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi və s. aiddir.

Azərbaycanda təhsil alan əcnəbilərin böyük hissəsi Türkiyə, İran, Türkmənistan, Gürcüstan, Rusiya, Çin, İraq vətəndaşlarıdır.

Nazirlikdən o da bildirilib ki, Azərbaycanda təhsil alan əcnəbilər daha çox tibb, memarlıq, neft, iqtisadiyyat, humanitar ixtisaslara üstünlük verirlər.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı