Modern.az

İlham Əliyevdən “tvit”lər - “Asiya ilə Avropanı birləşdirən ən qısa yol Azərbaycandan keçəcək”

İlham Əliyevdən “tvit”lər - “Asiya ilə Avropanı birləşdirən ən qısa yol Azərbaycandan keçəcək”

Aktual

25 Aprel 2014, 18:09


Azərbaycan Prezidenti İlham Əliyev “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitindən yazıb. Modern.az saytı xəbər verir ki, İ.Əliyev rəsmi Twitter səhifəsində Ermənistan prezidenti Serj Sərkisyana cavabı da daxil olmaqla çıxışlarının bəzi tezisləri haqqında qeydlər edib. Həmin “tvit” ləri təqdim edirik:

“Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” - Prezident İlham Əliyev Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın tədbirdə iştirak etməyən Türkiyəyə qarşı ittihamlarını belə cavablandırıb.

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcəkdir. Asiya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcəkdir”.

“Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda tikilir. Biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik”

“Yeni yaradılan imkanlar, iqtisadi inkişaf, turizm zonaları, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir”.

“Biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaqdır”.

“Son 10 il ərzində Azərbaycanda 7 aeroport tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa malikdir”.

“Bakıda açılmış yeni aerovağzal kompleksi ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir”.

Qeyd edək ki, dövlət başçısı İ.Əliyev Çexiyanın paytaxtı Praqada “Şərq Tərəfdaşlığı” proqramının 5-ci ildönümə həsr olunmuş sammit keçirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı