Modern.az

"Aqrolizinq"in keçmiş sədri Ermənistanda – FOTOLAR

"Aqrolizinq"in keçmiş sədri Ermənistanda – FOTOLAR

Aktual

4 İyun 2014, 16:11

Bu yaxınlarda öz ərizəsi ilə tutduğu vəzifədən çıxarılan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramovun Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində çəkdirdiyi fotoları yayılıb.

Məlumata görə, Ə.Bayramov sözügedən fotoları 2010-cu ilin mayında İrəvanda keçirilmiş BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun iclasında iştirak etmək üçün etdiyi səfər zamanı çəkdirib. 

Həmin tədbirdə Azərbaycanın o vaxtkı kənd təsərrüfatı naziri İsmət Abbasov və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov da iştirak edib. 

Tədbirdən sonra Əli Bayramov anadan olduğu Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunda yerləşən Şişqaya kəndinə gedib və oradan maraqlı fotolar çəkib. Modern.az həmin fotoları publika.az-a istinadən təqdim edir:

Modern.az


 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı