Modern.az

Hansı universitet daha prestijlidir? - Univesitetlərin mətbuat katiblərindən CAVABLAR

Hansı universitet daha prestijlidir? - Univesitetlərin mətbuat katiblərindən CAVABLAR

مورد توجه

4 Avqust 2014, 14:19


Azərbaycanda fəaliyyət göstərən istər dövlət, istər özəl ali təhsil müəssisələrinin sayı çox olsa da, nüfuzu, səviyyəsi ilə seçilən universitetlər azdır. Modern.az-a danışan mətbuat xidmətlərinin rəhbərləri təmsil etdikləri ali təhsil müəssisəsi çıxmaq şərti ilə prestijli hesab etdikləri universitetləri sadalayıb:

Azərbaycan Dövlət Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “İstər özəl, istər dövlət bir çox yaxşı universitetlərimiz var. Məsələn, Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti”. 

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova: “Bu suala birmənalı cavab vermək olmaz. Ona görə ki, universitetləri prestijinə görə bu universitet yaxşıdır, bu isə yaxşı deyil deyə sıralamaq düzgün deyil. Hər ali məktəbin öz təmayülü, prinsipləri var və ondan çıxış etmək lazımdır. Məsələn, Tibb Universiteti tibb sahəsində, Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində ixtisaslaşıb. Mən universitetləri kateqoriyalara bölmək istəmirəm”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov: “Bakı Dövlət Universiteti, ADA Universiteti, Dillər Universiteti, Neft Akademiyası, İqtisad Universiteti, Tibb Universiteti, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbini və Azərbaycan Universitetini nüfuzlu, prestijli, yüksək səviyyəli universitetlər hesab edirəm”.

Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzinin rəisi Osman Mirzəyev: “Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Texniki Universitet, İqtisad Universitetini yaxşı, nüfuzlu universitet hesab edirəm”.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: “Bakı Ali Neft Məktəbi və ADA Universitetini qeyd edə bilərəm. Builki müşahidələrim göstərir ki, bu ikisinin nüfuzu yüksəkdir. Ali Neft Məktəbi tamamilə dövlət sifarişli olduğu üçün ora daha çox axın var”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı