Modern.az

İqtisadi İnkişaf Nazirliyi ucuzlaşan ərzaq mallarının siyahısını açıqladı

İqtisadi İnkişaf Nazirliyi ucuzlaşan ərzaq mallarının siyahısını açıqladı

Ölkə

12 Mart 2011, 20:03

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirildiyini bildirib.

"Son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6%, şəkərin 4%-dək, şəkər tozunun 5-6%, yumurtanın 50%-dək, toyuq ətinin 15%-dək, süd məhsullarının isə 2-4% ucuzlaşması qeydə alınmışdır. Bundan başqa, kartofun 15%-dək, soğanın 10%-dək, sitrus meyvələrinin isə 15-20% ucuzlaşması müşahidə edilmişdir"-deyə nazirliyin məlumatında bildirilib.

Qurum monitorinq və araşdırmaların davam etdiriləcəyini vurğulayıb.

Modern.az


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı