Modern.az

Təkrar ali təhsillə bağlı qəbul universitetlərdən alınır...

Təkrar ali təhsillə bağlı qəbul universitetlərdən alınır...

Ölkə

23 May 2011, 15:37

Müxtəlif ali məktəbləri bitirən bir sıra məzunlar bu və ya digər səbəblərdən yiyələndikləri ixtisasları kənara qoyub, təkrar ali təhsil almaq istəyirlər.

Təkrar ali təhsil vermə məsələsi ilə indiyədək ali təhsil müəssisələrinin özləri məşğul olub. Modern.az-a daxil olan məlumata görə, artıq bu ildən təkrar ali təhsillə bağlı qəbulu yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aparıcaq.

Baku Dövlət Universitetinin rektor müavini Məzahir Sultanov saytımıza açıqlamasında bu haqda hələlik onda heç bir məlumat olmadığını qeyd edib. Onun sözlərinə görə, təkrar ali təhsil almaq istəyən tələbələr istər TQDK, istərsə də universitet vasitəsilə buna nail ola bilərlər:
“Universitetimizin daxili əsasnaməsinə görə, təkrar ali təhsillə bağlı qəbul apara bilərik”.

M.Sultanov təkrar ali təhsillə bağlı qəbulun nə vaxt aparılacağını da bilmədiyini söyləyib: “Çünki komissiya hələ yaradılmayıb və bununla bağlı elan da verməmişik. 2010-cu ildə Nazirlər Kabinetinin yeni Əsasnaməsinə görə, qərar olmadığı üçün təkrar ali təhsillə bağlı qəbulun necə və hansı fakültələr üzrə aparılacağı barədə məlumatımız yoxdur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev deyib ki, təlimat necə olacaqsa, təkrar ali təhsil də ona uyğun həyata keçiriləcək.

N.Hacıyev deyir ki, ADPU-də təkrar ali təhsillə bağlı müsabiqə adətən sentyabrın 15-ə kimi keçirilir: “Sənəd qəbulu ilə bağlı biz qəzetdə elan veririk. Orada hansı sənədlərin lazım olması göstərilir. Əsasən avqustun 20-dən sentyabrın 5-ə kimi sənədlərin qəbulu olur. Bundan sonra rektorun əmri ilə komissiya yaradılır və rektor ona sədrlik edir. Tələbələr seçilir və yeni tədris ilinə qədər onların əmri verilir. Elan “Xalq  qəzeti”ndə dərc olunur. Burada hansı ixtisaslar üzrə qəbul aparıldığı da göstərilir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə I kursdan başlayaraq təkrar ali təhsil almaq istəyənlər üçün qəbulun həmişə TQDK tərəfindən aparıldığını qeyd edib. O, digər hallarla bağlı məsələlər barədə informasiyasız olduğunu qeyd edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı